"Xorvatiya Avropa futbolunun lokomotividir"

13 İyul 2018 18:06

"Rusiyada keçirilən futbol üzrə dünya çempionatı turnirin tarixində ən yaxşısıdı".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantiono bildirib.

Qurum başçısı bu gün Moskvadakı "Lujniki" stadionunda keçirdiyi mətbuat konfransında çempionatın turnirin tarixində ən yaxşı olmasını fikirlərini belə əsaslandırıb: "Rusiyada keçirilən çempionat ərzində stadionlar 98 faiz dolub. DÇ-ni izləmək üçün ölkəyə 1 milyondan çox turist gəlib. DÇ-nin matçlarını 3 milyarddan çox adam televiziyadan izləyib. Rusiyanın şəhərlərindəki azarkeş festivallarına 1 milyondan çox adam qatılıb. Bütün bunlar yüksək göstəricidi. Ona görə də Rusiyada keçirilən DÇ turnirin tarixinə ən yaxşı kimi düşüb".

İnfantino çempionatın təşkilinə görə Rusiya rəhbərliyinə təşəkkürünü bildirib: "Çox möhtəşəm çempionat keçdi. Rusiya xalqına, bütün Rusiyaya təşəkkür edirəm. Rusiya hökumətinə, prezident Vlaidmir Putinə, yerli təşkilat komitəsinə, Rusiya Futbol İttifaqına minnətdaram".

FİFA prezidenti Xorvatiyanın finala yüksəlməsi barədə də danışıb: "Balkanlılar çempionatda möhtəşəm oyun göstərdi. Bu gün Xorvatiya Avropada futbolun lokomotividi".

Milli.Az