Xəyanətdə ittiham edilən rəqqasə Fatimə ÖZÜNDƏN ÇIXDI: Nəslimdə kişi var - VİDEO

13 İyul 2018 14:50

Müğənni Xatun Əliyevanın Fatimə Fətəliyeva barədə yazdığı statusa haqq qazandıran Nazilə Səfərliyə rəqqasə "Hər şey daxil"in canlı efiri vasitəsi ilə cavab verib.

Milli.Az xəbər verir ki, Fatimə İnstaqram-da barəsində təhqiramiz şərhlər yazdığı iddia edilən Naziləyə məhkəmədə cavab verəcəyini deyib:

"Mənim salonuma gəlib, getmisiniz. Salonumdan istifadə edəndən sonra, başlamısan məni pisləməyə? Özüdə harada, İnstaqram səhifəsində. Ora mənə salam verir, İnstaqram-da pisləyir. Xınaya görə biz onunla pis olmamışıq. Yaxşı, yazırsınızsa, niyə pozursunuz? Deyib ki, mənim nəslimdə kişi yoxdur. Mənim nəslimdə kişi var. Məhkəmədə o sözlərə görə cavab verəcəksiniz".

Xatırladaq ki, Xatun Fatiməni həyat yoldaşına bağ evində xəyanətdə ittiham edib. Rəqqasə bu iddialara görə qarşı tərəfi məhkəmə ilə hədələyib.

Qeyd edək ki, Xatun İnstaqram-da Fatimənin ünvanına "Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə... Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şərlər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir... Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram" sözlərini yazıb.

Nazilə Səfərli Xatunun paylaşımına "Eynisini tapmısan ey. Onun şəklinə baxdım, səndəkinin eynisidir. Bəlkə qardaş bacıdılar?" şərhini yazıb.

Məhəməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xəyanətdə ittiham edilən rəqqasə Fatimə ÖZÜNDƏN ÇIXDI