"Zirə"dən ayrılan futbolçu Rumıniya klubunda

13 İyul 2018 15:01

Mövsümün sonunda "Zirə"dən ayrılan Riçard Qadze özünə yeni komanda tapıb.

Milli.Az qol.az-a istinadən bildirir ki, 23 yaşlı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. Qanalı futbolçu bu ölkənin "Voluntari" klubu ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Qadze 2017-ci ilin qışından 2018-in yayına qədər "Zirə"nin formasını geyinib.

Milli.Az