Şakiri “Liverpul”a keçir

13 İyul 2018 14:02

"Stok Siti"nin yarımmüdafiəçisi Cerdan Şakiri "Liverpul"a keçidi rəsmiləşmək üzrədi. 

Milli.Az apasport.az-a istinadən məlumatına görə, Mersisayd klubu isveçrəli futbolçunun müqaviləsində göstərilən sərbəst qalma məbləğini ödəmək qərarına gəlib.

Keçid "qırmızılar"a 13,5 milyon funt-sterlinqə başa gələcək. Yaxın günlərdə Şakiri tibbi yoxlanışdan keçəcək.

2017-18 mövsümündə İngiltərə Premyer Liqasında 36 matçda meydana çıxan Şakiri 8 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az