"Ən kaprizli müğənni Röyadır" - Elnur

13 İyul 2018 13:39

Stilist Elnur Həsənov rejissor Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən məlumatına görə, stilist müğənnilərlə işbirliyindən danışıb. O, ən kaprizli məşhurun adını açıqlayıb:

"Çalışdığım məşhur insanların çoxunu azaltmışam və sevdiklərim yanımdadır. Hər səhnə adamının öz kaprizi var. Səhnəyə çıxan ərəfədə onların kaprizini başa düşmək olur. Bir-birimizə etibarımız yarananda isə kapriz itir. Amma ən kaprizlisi Röyadır".

Elnur müğənni Zamiq Hüseynovla işbirliyinin bitməsinə də aydınlıq gətirib:

"Zamiq ölkənin birnömrəli kişi ifaçısıdır. Ondan başqasıyla işləyə bilmərəm. Ona görə də tək Zamiqlə işləməyə yox, prodüserliyə son qoydum. İşlərim çox olur və çatdırmıram".

Milli.Az