Sevgilisi Ronaldu ilə intim fotosunu yaydı

13 İyul 2018 21:44

Futbolçu Kriştianu Ronaldu sevgilisi Corciniya Rodrigez və 8 yaşlı oğlu ilə tətilə çıxıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Corciniya qayıqda çəkilmiş şəkilləri sosial media hesabında izləyiciləri ilə bölüşüb. 

Fotonun birində cütlüyün hansısa meyvəni birlikdə dişlədiyini əks etdirən görüntülər var. Həmin intim foto sutka ərzində 1 milyondan çox "like" toplayıb. 

Qeyd edək ki, cütlük 2016-cı ildən görüşür. Bir il sonra cütlüyün qızı dünyaya gəlib. Bundan başqa, ötən il surroqat ana vasitəsilə ilə Ronaldunun Mateo və Eva adlı əkizi olub. Futbolçunun 8 yaşlı Ronaldu adlı daha bir oğlu var.
Ronaldu ilə Rodrigezin bu il nikah masasına oturacağı deyilir. Məlumata görə, model yenə hamilədir.

Milli.Az