Xaçmazda 2 nəfər bıçaqlandı

13 İyul 2018 12:13

Xaçmaz rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon sakinləri 25 yaşlı Salman Fetullayev və 28 yaşlı Leyla Adamova kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.   

Milli.Az