Putin Maksim Şevçenkonu Millətlərarası Münasibətlər Şurasının üzvülüyündən çıxarıb

13 İyul 2018 11:23

Rusiya prezidenti Vladimir Putin jurnalist və teleaparıcı Maksim Şevçenkonu Millətlərarası Münasibətlər Şurasının üzvülüyündən çıxarıb.

Milli.Az report-a istinadən xəbər verir ki, V.Putin Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliklərdən sonra M.Şevçenko şura üzvülüyündən çıxarılıb. Baş nazirin keçmiş müavini Aleksandr Xloponin də Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının tərkibə daxil edilməyib. Onların şura üzvülüyündən çıxarılmasınıən səbəbi açıqlanmayıb. 

Fərmana əsasən, Rusiyanın elm və ali təhsil naziri Mixail Kotyukov, baş nazirinin müavinin Vitali Mutko və "Rusiya Xalqlarının Assambleyası" Ümummrusiya İctimai Təşkilatı Şurasının başçısı Svetlana Smirnova qurum üzvləri siyahısına daxil ediliblər. 

Milli.Az