Yaradılış Sütunları daha da yaxınlaşdı - VİDEO - FOTO

13 İyul 2018 14:56

ABŞ-ın milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri "Yaradılış Sütunları"nın yeni fotoların yayıblar.

Milli.Az bildirir ki, bu fotolar "Chandra" rentgen rəsədxanası və "Hubble" kosmik teleskopu vasitəsilə çəkilmiş görüntülərin birləşdirilməsi nəticəsində əldə olunub.

Qartal ulduz dumanlığında, Yerdən təxminən 7 min işıq ili məsafəsində olan "Yaradılış Sütunları"nda yeni ulduzlar formalaşır, protoulduzlar dağılıb məhv olunur. "Yaradılış Sütunları"nın ilk görüntüləri 1995-ci ilin aprelin 1-də arizonalı tələbələr Ceff Hester və Pol Skouen tərəfindən qismən çəkilmiş.

Tam görüntülər 2014-cü ildə "Hubble" kosmik teleskopu vasitəsilə əldə olunmuşdu.

"Yaradılış Sütunları"  İlan ulduz yığındadır və əsasən soyuq, molekulyar hidrogen molekulları ilə tozdan ibarətdir. Ağırlıq qüvvəsi nəticəsində qaz-toz buludunda qatılaşmalar olur və ulduzlar yaranır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yaradılış Sütunları daha da yaxınlaşdı