Neft ucuzlaşıb

13 İyul 2018 09:27

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,07 dollar və ya 0,10% artaraq 70,40 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,18 dollar və ya 0,24% azalaraq 74,27 dollar təşkil edib.

Milli.Az