300-dən çox itirilmiş sənəd sahiblərinə qaytarılıb

13 İyul 2018 08:59

"Azərpoçt" MMC-nin "Poçtap" axtarış sistemində 972 itirilmiş sənəd qeydiyyata alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə MMC-dən məlumat verilib.

Bu sənədlərdən 312-i sahiblərinə təhvil verilib. Tapılan sənədlərin 653-ü müvafiq strukturlara göndərilib, 7-i isə "Azərpoçt"un şöbə və filiallarında saxlanılır.

Qeyd edək ki, "Poçtap" xidməti 2017-ci ilin fevralında işə salınıb və Bakı şəhər Baş Polis İdarəsi, "Bakı Metropoliteni" QSC, "Təmiz Şəhər" ASC və "Bakubus" MMC tərəfindən birgə həyata keçirilir.

İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün ərzində saxlanılır. Bu müddət başa çatdıqdan sonra sənədlər müvafiq strukturlara göndərilir.

Milli.Az