18 yaşlı gənc bıçaqlanıb

13 İyul 2018 08:49

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Milli.Az report.az-a istinadən bildirir ki, şəhər sakini, 2000-ci il təvəllüdlü Cavid Vaqif oğlu Məmmədov bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib. C.Məmmədova ilkin yardım göstərildikdən sonra yaralı Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Hadisənin hansı səbəbdən baş verməsi hələ ki, məlum deyil.

Hazırda polis hadisənin kim tərəfindən törədildiyini və səbəblərini araşdırır.

Milli.Az