Yanğın olub, xəsarət alan var

13 İyul 2018 08:25

Salyanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qarabağlı kəndində ümumi sahəsi 105 m² olan talvarın yanar konstruksiyaları və altına yığılmış 12 ton ot bağlamasının 8 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az