Qahirədə hava limanında partlayış baş verib

13 İyul 2018 08:12

Qahirə Beynəlxalq Hava Limanının yaxınlığında yanacaq balonunun partlaması nəticəsində 3 nəfər yaralanıb. Bu barədə Trend "Masravi" xəbər portalına istinadən məlumat verir.

"Axşam saatlarında baş vermiş partlayış nəticəsində üç nəfər yaralanıb, ölən yoxdur" - Misirin Səhiyyə nazirinin müavini Məhəmməd Şövkinin bəyanatında deyilir.

Milli.Az