Şəki sakini ağacdan yıxılıb

12 İyul 2018 23:57

Şəkidə ağacdan yıxılan 43 yaşlı kişi ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 17 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1975-ci il təvəllüdlü Eldəniz Məmmədcamal oğlu Hüseynov döş qəfəsinin açıq travması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, müayinə zamanı Eldəniz Hüseynov yaşadığı kəndin ərazisində ağacdan yıxılaraq xəsarət aldığını bildirlib. Eldəniz Hüseynovun yıxılarkən döş qəfəsinə batdığı ağac parçasının qalıqları cərrahi yolla çıxarılıb.

Eldəniz Hüseynovun vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərmək nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az