Rusiyada 15 vaqon relsdən çıxdı

12 İyul 2018 22:02

Rusiyanın Kareliya respublikasında yük qatarı qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 15 vaqon relsdən çıxıb.

Qeyd olunur ki, vaqonların əksəriyyəti boş olub. Xəsarət alanların olmadığı deyilir.

Hadisə ilə bağlı araşdırma başlayıb.

Milli.Az