Binəli Yıldırım Türkiyə Parlamentinin sədri seçildi

12 İyul 2018 19:03

Türkiyə Parlamentinin yeni sədri məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Onun lehinə 335 nəfər deputat səs verib.

Qeyd edək ki, B.Yıldırım 2016-2018-ci illərdə Türkiyənin Baş naziri olub.

Milli.Az