Makiyajsız Şeyma - FOTO

12 İyul 2018 17:40

Türkiyədə artıq bir müddətdir məşhurların makiyajsız foto paylaşma ənənəsi davam edir. 

Milli.Az axşam.az-a istinadən məlumat verir ki, bu ənənəyə aparıcı-prodüser Acun Ilıcalının həyat yoldaşı Şeyma Subaşı da qoşulub. Belə ki, o, İnstaqram hesabının hekayə bölümündə makiyajsız fotosunu paylaşıb. Hər zaman ağır makiyajlar edən Şeymanın bu halı izləyicilərin diqqətinə səbəb olub.

Qeyd edək ki, Acun və Şeyma cütlüyünün Melisa adlı bir qız övladı var. 

Milli.Az