Bakıda metronun hərəkəti bərpa edildi - YENİLƏNİB

12 İyul 2018 16:58

16:58

"Avtovağzal" və "Memar Əcəmi 2" metrostansiyaları fəaliyyətini bərpa edib.

Milli.Az bildirir ki, bunu Trend-ə özəl olaraq "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttində - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb.

Saat 16:30-da gərginlik bərpa olunub və hər iki stansiyada qatarlar hərəkətini bərpa edib.

Hazırda qatarların hərəkətində heç bir problem yoxdur.

-----------

16:51

Bakının bir çox ərazilərində, eləcə də əksər rayonlarda işıqlar sönüb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən işıqların sönməsi səbəbilə yenidən "Bakı Metropoliteni"nin fəaliyyəti dayanıb.

Rəsmi qurumlarla əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.

Milli.Az