"Barselona" yeni transferini təqdim etdi - FOTO

12 İyul 2018 17:15

"Barselona" yeni transferi Artur Ramosu ictimaiyyətə təqdim edib.

Milli.Az apasport.az-a istinadən bildirir kiə, "Nou Kamp" stadionunda aparılan təmir işləri səbəbindən azarkeşlərin təqdimat mərasimində iştirakına icazə verilməyib.

"Barselona" Artura görə klubu "Qremio"ya 31 milyon avro ödəyib. Bununla yanaşı, 9 milyon avro bonus nəzərdə tutulub.

21 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. Onun sazişdə göstərilən sərbəst qalma dəyəri 400 milyon avro təşkil edir.

Milli.Az