DÇ-2018-in iştirakçısında yeni baş məşqçi

12 İyul 2018 16:11

Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Adam Navalka ilə yolların ayrılmasından sonra boş qalmış baş məşqçi vəzifəsinə yığmanın sabiq oyunçusu Eji Brjeçek təyin edilib. 47 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Milli.Az