"Belçikayla uduzmağı Fransa ilə qazanmaqdan üstün tuturam" - Hazard

12 İyul 2018 15:34

Belçika millisinin üzvləri Tibo Kurtua ve Eden Azar Fransa millisini "anti futbol"da günahlandırıb.

"Fransızlar ikinci hissənin əvvəllərində daha çox mübarizə aparsa da, əsas üstünlük bizim komandada oldu. Onlar əsasən əks-hücumlara meyilli idi. Mən Belçikayla uduzmağı Fransa ilə qazanmaqdan üstün tuturam", deyə belçikalı ulduz Eden Azar bildirib.

Qapıçı Kurtua : "Fransa  bir küncə nəzarət edir və müdafiədən başqa bir şey etmir. Dörddə bir finalda Braziliyaya məğlub olmağı üstün tutardım, ən azından onlar futbol oynamağı istəyən bir komanda idi".

Həmçinin, yarım finaldan sonra Kurtua komandasını ruhdan düşməkdə ittiham edib.

Hazırda Fransa ikinci dəfə Dünya Kubokunu qazanmağı hədəfləyir, Belçika isə final oynama şansını itirdi. Buna baxmayaraq, Azar Rusiyada komandasının nailiyyətlərindən qürur duyur.

Milli.Az