"Latsio" 30 yaşlı müdafiəçi transfer etdi

12 İyul 2018 20:05

Avropa Liqasında mübarizə aparacaq "Latsio" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Roma klubu Sassuolo-dan Françesko Açerbini transfer edib.

Bu barədə "Latsio"nun rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Onun transferi "Sassuolo"ya 10 milyon avro qazandırıb.

Təcrübəli müdafiəçi geridə qalan mövsümdə Sassuolo ilə A Seriyasında 35 oyuna çıxıb.

Milli.Az