Fransız hərbçilər: "Qəzzafi Burkino-Fasoya gedir"

6 Sentyabr 2011 09:12
Liviyadan Nigerin Agadez şəhərinə 200-250 zirehli texnikadan ibarət maşın karvanı gedib.
APA-nın verdiyi xəbərə görə, maşın karvanını Nigerin hərbçiləri müşayiət ediblər.
Texnika ilə birgə Nigerə Liviyanın cənubunda dislokasiya olunan hərbçilər də hərəkət ediblər. Bəzi mənbələrin məlumatına görə, hərbi maşınlar Liviya tərəfdən deyil, Əlcəzair sərhədindən keçiblər.
Fransa hərbçilərin ehtimalına görə, maşın karvanının tərkibində Qəzzafi və onun oğlu Seyf əl-İslam ola bilər.
Fransa hərbçiləri bildiriblər ki, Qəzzafi ona siyasi sığınacaq vermiş qonşu ölkə - Burkina-Fasoya gedir.
 
Milli.Az