"İranın səfirləri casusdur" fikrinə Tehrandan sərt reaksiya

12 İyul 2018 13:30

Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo iranlı səfirləri ölkələrdə terror aktı təşkil etməkdə ittiham etmiş və digər dövlətləri casus adlandırdığı diplomatlarla ehtiyatlı olmağa çağırmışdı.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kaseminin ona cavabı gecikməyib. O, Pompeonun iddialarını əsassız sayıb və bildirib ki, belə fikrin söylənilməsi ABŞ-ın səfirlərindən casus kimi istifadə etməsinə işarədir.

Bəxtiyar Umarlı
Milli.Az