İnstagram üçün şəkil çəkdirəndə köpək balığı dişlədi - Həmin FOTO

12 İyul 2018 12:16

Kaliforniyalı model Katarina Zarutskie sevgilisi və onun ailəsi ilə birlikdə Baham adalarına tətilə çıxıb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, İnstagram hesabında 13 minə yaxın izləyicisi olan modelin tətil zamanı başına iş gəlib. Belə ki, Eksuma adasında dincələn model köpək balıqlarının olduğu yerdə üzərkən şəkil çəkdirmək istəyib və bu əsnada köpək balığı onun qolunu dişləyib.

Model sudan çıxıb və ona ilk yardım göstərilib. O, bildirib ki, çox qorxsa da, özünü itirməyib.

"Çox qorxdum. Amma, onlar vəhşi heyvanlardır. Hər şey ola bilərdi".

Milli.Az həmin anda çəkilən fotonu təqdim edir:

Emin
Milli.Az