Adnan Oktarın 9 "kediciy"i villada 13 oğlanla tutuldu - FOTO

12 İyul 2018 12:00

Adnan Oktar və qrupuna qarşı 4 rayon və 120 ünvanda aparılan əməliyyat zamanı Kandillidəki bir villada daha 22 nəfər saxlanılıb. 

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, əməliyyat zamanı polisə atəş açıldığı bildirilir.

Təhlükəsizlik əməkdaşları villada 9 "kedicik" və 13 oğlanı yaxalayıb. 

Beləcə, Adnan Oktar qrupunun istifadə etdiyi və 100 otağı olduğu bildirilən villadan 22 nəfər həbs edilmiş olub.

Məhəmməd Vaqif

Milli.Az