"Komandamla qürur duyuram"

12 İyul 2018 10:26

"Matçın sonunda bəzi oyunçularım ayaqlarının üstündə durmaqda çətinlik çəkirdi. Son dəqiqələrdə 10 nəfərlə oynamaq məcburiyyətində qaldıq. Azarkeşlər çox böyük dəstək oldular".

Milli.Az qol.az-a istinadən bildirir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2018-in yarımfinalında Xorvatiyaya 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bura qədər uzun yol qət etdik. Bura kimi gələcəyimizi kim təsəvvür edə bilərdi ki! Xorvatiya ilə görüşdə istədiyimiz kimi yaxşı oynamadıq. Ancaq əlimizdən gələni etdik. Qola epizodlarımız oldu. Fərqlənə bilərdik, ancaq daha bunları düşünməməliyik. 6-7 həftədə bu qədər hazırlaşa bildik" - deyə o bldirib.

Q.Sautqeyt məğlubiyyətə görə çox kədərli olduqlarını söyləyib: "İndi paltardəyişmə otağı ən ağır yerdir".

47 yaşlı mütəxəssis komandası ilə qurur duyduğunu vurğulayıb: "Bu komandanı seçərkən təcrübə ilə bağlı problemimizin ola biləcəyini düşünürdük. Ancaq bacarıqlı futbolçularımıza oynadaraq təcrübə qazandıra bilərik. Luka Modriç və İvan Rakitiçin bura gələnə qədər neçə matçda oynadığın bir baxın. Yenə də komandamla qürur duyuram. Azarkeşlərin də mənimlə eyni fikirdə olduğunu düşünürəm. İngiltərə hər zaman yaddaşda qalacaq çıxış ilə seçildi". 

Milli.Az