Unikal uşaq: ona "Balaca Bryus Li" deyirlər - VİDEO - FOTO

12 İyul 2018 12:24

"Rüseyin dörd yaşı vardı. Televizorda Bryus Linin filminə baxırdıq. Gördüm ki, oğlum Bryusun ekrandakı hərəkətlərini təkrarlamağa başlayıb".

Yaponiyanın Nara şəhərində yaşayan Nara İmainin dediyinə görə, elə həmin vaxtdan oğluna kunqfu və vinçun döyüş növlərinin incəliklərini öyrətməyə başlayıb.

Milli.Az Barcroft-a istinadən bildirir ki, 8 yaşlı Rüsey İmai indi əsl vunderkinddir. Yaponiyada məşhurlaşmış bu uşağı "Balaca Bryus Li" adlandırırlar.

Kiçik Rüsey hər gün məşq edir. Məşqlər isə çox ağırdır.

"Bryus Linin filmini ilk dəfə görəndə bir yaşım vardı. O vaxtdan bəri Bryusun fanatıyam. Ona bənzəmək istəyirəm", - "Balaca Bryus Li" deyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Unikal uşaq: ona