Bakıda avtobus yük maşını ilə toqquşdu - ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO - FOTO

12 İyul 2018 09:53

09:53

Bakı Nəqliyyat Agentliyi bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "90-OJ-802" DQN yük maşını "10-TF-383" DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

-------------

09:22

Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.

Ölən və xəsarət alanların olduğu bildirilir.

Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerində arşadırma aparır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya bildirib ki, xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. 

------------

09:09

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Səngəçal ərazisində qeydə alınıb.

Yük avtomobili digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşub, ölən və yaralananlar var

Bakıda avtobus yük maşını ilə toqquşdu - ölən və yaralananlar var - 1