Yaponiyada leysan yağışları: ölənlərin sayı 199 nəfərə çatıb

12 İyul 2018 07:45

Yaponiyada leysan yağışları və onlar səbəbindən yaranan daşqınlar və torpaq sürüşmələri 199 nəfərin həyatına son qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu 1953-cü ildən daşqınlar nəticəsində ölənlərin sayına görə ən yüksək göstəricidir.

Qeyd edək ki, Yaponiyada leysan yağışları ötən həftə "Prapirun" tayfununun təsirindən başlayıb. Yağışlar çayların daşmasına və torpaq sürüşmələrinə səbəb olub.

Milli.Az