"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" BNA-nın tabeliyindən çıxarılıb

12 İyul 2018 07:17

Nazirlər Kabineti Bakı Nəqliyyat Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında 2016-cı il 4 mart tarixli 113 nömrəli qərarı ləğv edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə qərarı baş nazir Novruz Məmməddov imzalayıb.

Qərara əsasən "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından çıxarılıb.

Milli.Az