DÇ-2018: Perişiç ən yaxşı seçildi

12 İyul 2018 07:26

Dünya çempionatının yarımfinal mərhələsində keçirilən Xorvatiya - İngiltərə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, FİFA birincilərin yarımmüdafiəçisi İvan Perişiçi fəqləndirib.

Oyunu yüksək səviyyədə keçirən ulduz futbolçu 68-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb.

2:1 hesablı qələbə ilə finala adlayan Xorvatiya millisinin həlledici görüşdəki rəqibi Fransa olacaq. Bu qarşılaşma iyulun 15-də baş tutacaq.

Milli.Az