İsrail ordusu Suriyaya zərbələri şərh etmir

12 İyul 2018 08:43

Biz xarici KİV-lərdə yayılan məlumatları şərh etmirik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a İsrail ordusunun mətbuat xidmətinin nümayəndəsi "SANA" agentliyinin İsrailin Suriyanın hərbi mövqelərinə zərbələr endirməsi barədə məlumatına münasibət bildirəkən deyib.

Qeyd edək ki, daha əvvəl "SANA" agentliyi Suriya havadan müdafiə bölmələrinin İsrail ordusunun Əl-Kuneytra şəhəri yaxınlığına endirdiyi zərbələri dəf etməsi barədə məlumat yaymışdı. Məlumata əsasən, zərbələr Kurs-ən-Nafal rayonunda hərbi mövqelərə endirilmişdi.

Milli.Az