Meksikada bələdiyyə polisinin rəhbəri qətlə yetirilib

12 İyul 2018 08:13

Meksikanın Nayarit ştatında El-Nayar bələdiyyəsinin polis rəhbəri naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, polis rəhbəri Martin Qarsiya Uisar El-Nayar yaşayış məntəqəsində kilsənin yaxınlığında güllələnib.

Polis rəhbəri hadisə yerinə atışma barədə məlumat aldırqan sonra gəlib. Cinayətkarlarla atışma zamanı Uisar qətlə yetirilib. Digər ölən və yaralananlar barədə məlumat yoxdur.

Naməlum silahlıların axtarışı üzrə irimiqyaslı əməliyyat başlayıb.

Milli.Az