Yollar, qatarlar, mağazalar boş qalıb - "Camaat hara yoxa çıxıb?" - FOTO

11 İyul 2018 22:37

Bu gün Rusiyada Dünya Çempionatı çərçivəsində İngiltərə millisi Xorvatiya yığması ilə qarşılaşır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu yarımfinal matçı İngiltərə və Xorvatiya üçün çox önəm daşıyır. Hətta, İngiltərədə elə bir vəziyyət yaranıb ki, yollar, qatarlar, mağazalar boş qalıb, hər kəs matçı izləməyə yollanıb.

Sosial şəbəkə istifadəçiləri yaranan maraqlı vəziyyətlə bağlı fotolar paylaşıblar. Onlar fotolara "camaat hardadır?", "Hər kəs futbolu izləmək üçün evə yığışıb", - kimi şərhlər yazıblar.

Milli.Az sözügedən fotoları təqdim edir:

Emin
Milli.Az