"İndi yaman sərbəstsən, gələn kimi öpüşürsən" - Müğənni ilə şəxsi məsələsini efirdə açdı - FOTO

11 İyul 2018 18:54

Müğənni Aynur Dadaşova "5/5"-də qonaq olub.

Milli.Az xəbər verir ki, aparıcı Zaur Kamal xanım ifaçını verilişin ilk dəqiqəsindən çətin vəziyyətdə qoyub.

Belə ki, tamaşaçılarla salamlaşmağa macal tapmayan Aynuru Zaur "Qabaqlar öpüşüb-görüşməzdin efirdə. İndi çox sərbəstsən, gələn kimi öpüşürsən. Bu yanağım, o yanağım ..." sözləri ilə utandırıb.

Müğənni aparıcının söylədiklərinə "Yenə başladı. Səni çox istəyirəm, neyləyim?!" sözləri ilə reaksiya verib.

Məhəmməd Vaqif

Milli.Az