"Ronaldunun transferi narazılıq yaratdı"

11 İyul 2018 17:44

"Juventus" klubunun sponsoru olan FİAT şirkətinin işçiləri Kriştino Ronaldunun transferini narazılıqla qarşılayıblar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, onların fikrinə görə bir transferə külli miqdarda xərc çəkilməsi yolverilməzdir. "Bir transferə milyonlarla vəsait sərf etmək nəyə lazımdır. Bizə deyirlər ki, iqtisadi böhran yaşanır, çətinliklərə dözmək lazımdır. Şirkətin işçiləri maddi cəhətdən əziyyət çəkirlər. Amma hansısa futbolçunun transferinə böyük pullar xərclənir. Bu cür ədalət olmaz. Şirkətin dünya miqyasında tanınması burada çalışanların zəhməti sayəsində mümkün olub. Həmin pullar minlərlə insanın həyat şəraitini yaxşılaşdırmaq üçün sərf olunmalıdır, bir futbolçunun yox. Şirkət rəhbərliyini yalnız futbol və əyləncə maraqlandırır. Bu səbəbdən şirkətin fəhlələri iyulun 15 -dən 17 -dək tətil elan edir",- deyə fəhlələrin müraciətində bildirilir.

Xatırladaq ki, Ronaldunun transferi "Juventus" klubuna 112 milyon avroya başa gəlib. Hücumçunun illik məvacibi 31 milyon avro olacaq.

Milli.Az