İnternetin yeni ulduzu parlayır

5 Sentyabr 2011 21:51
Dörd il əvvəl yaradılan, amma son yarım ildə sürətlə populyarlaşan "Tumblr" bloq servisi indi pullu investorların diqqətini cəlb etməyə başlayıb.

Milli.Az xəbər portalı "Gizmodo"ya istinadən bildirir ki, 25 yaşlı Devid Karpın yaratdığı "Tumbrl"da indi 27,8 milyon bloq var.

ABŞ-da populyarlaşmağa başlayan gənc şirkət rəhbərləri arasında olan Devid Karp "Tumbrl"ı 2007-ci ildə Nyu-Yorkda kiçik servis kimi yaratmışdı.

İndisə "Tumbrl" servisi 100 milyon dollar yeni investisiya alaraq dəyərini 800 milyon dollardan çox edib.

Gündəlik giriş sayını 10 milyarda çatdırmağı qarşısına məqsəd qoymuş Karpın servisi 9 ildən bəri dünyanın ən populyar bloq-servisi sayılan "Wordpress"i də keçib.

Milli.Az