"Ronaldu gəldi, o gedir: 80 milyon funt-sterlinq"

11 İyul 2018 17:28

Kriştianu Ronaldunu 112 milyon avroya transfer edən "Yuventus" UEFA-nın "Maliyyə fair-pley"i qaydalarında ilişməmək üçün təcili oyunçu satmalıdı.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, artıq "Turin" klubunun ulduzlarına təkliflər gəlməyə başlayıb. İlk hərəkətə keçən "Liverpul" olub.

İngiltərə klubu "Argentina" millisinin üzvü Paulo Dibalaya elçi düşüb. Məlumata görə, "qırmızılar" Dibala üçün 80 milyon funt-sterinq təklif edir. 

Qeyd edək ki, Dibala 2015-ci ildə "Palermo"dan "Yuventus"a 40 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" 24 yaşlı hücumçuya 110 milyon avro qiymət qoyub.

 Milli.Az