Polşada helikopter qəzası - Ölənlər var

11 İyul 2018 16:05

Polşanın cənub-qərbindəki Opolsk əyalətində helikopter qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər həlak olub.

Qeyd olunur ki, helikopter yol kənarında yerə düşüb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az