Daniel Vass "Valensiya"ya keçdi

11 İyul 2018 20:55

"Valensiya" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az xəbər verir ki, "yarasalar" "Selta"dan yarımmüdafiəçi Daniel Vassı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı danimarkalı futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Danimarka yığmasının da şərəfini qorumuş yarımmüdafiəçi "Selta"da 2015-ci ildən çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 35 matçda 4 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az