Uzun ömür sürməyin əsas sirri açıldı

11 İyul 2018 23:07

Pəhriz və düzgün qidalanma çox vacibdir. Lakin uzun ömür sürmək üçün daha təsirli mexanizmlər mövcuddur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Şərqi İngiltərə Universitetinin tədqiqatçıları araşdırmalar nəticəsində müəyyən ediblər ki, təbiət qoynunda gəzintilər və təmiz hava 2-ci növ şəkərli diabetə, ürək-damar xəstəliklərinə yoluxma təhlükəsini azaldır, qəfil ölüm riskini minimuma endirir.

Ümumilikdə 140 tədqiqata 20 ölkədən 290 milyon insan cəlb olunub.

Təbiət qioynuna daha yaxın yaşayan insanlarda bir çox tibbi göstəricilər, o cümlədən qan təzyiqi, ürək döyüntüləri və ürəyin ümumi durumu normaya yaxındır.

Milli.Az