Dünyanın ən populyar brauzerləri - SİYAHI

11 İyul 2018 23:40

Dünyada internet istifadəçiləri arasında ən çox istifadə edilən brauzerin adı açıqlanıb.

Milli.Az xəbər verir ki, "Google" şirkətinə məxsus "Chrome" dünyanın ən populyar mobil internet brauzeri seçilib. Ekspertlərin məlumatına görə, mobil qurğu sahiblərinin 55 faizi "Chrome" brauzerindən istifadə edir.

Mobil brauzerlər reytinqində ikinci yeri "Apple" şirkətinin brauzeri olan "Safari" tutub. Brauzerdən internet istifadəçilərinin təxminən 17 faizi faydalanır. Mütəxəssislər qeyd edir ki, bu fakt "Apple" mobil qurğularının populyarlığını sübut edir.

İlk beşlikdə həmçinin, "UC Browser", "Samsung Internet" və "Opera" istifadəçiləri də var.

Qiymətləndirməyə görə, fərdi kompüter brauzerləri arasında lider mövcud olduğu 10 il ərzində kompüterlərin təqribən 67 faizində quraşdırılan "Google Chrome" olaraq qalır.

Fərdi kompüterlərin reytinqində isə ikinci yeri 11,5 faizlə "Mozilla Firefox" tutur.

Bazar payı 7 faizə bərabər "Internet Explorer" ən populyar üçüncü fərdi kompüter brauzeridir. İlk beşlikdə həmçinin, "Safari" və "Microsoft Edge" brauzerləri yer alıb. (publika.az)

Milli.Az