Meymun ana və qızı zooparka gəlməsinə peşman etdi - VİDEO

11 İyul 2018 23:18

Çində meymun azyaşlı qıza ağır zərbə vurub.

Milli.Az xəbər verir ki, Çində azyaşlı qızı ilə zooparka gələn qadın qızına meymuna yaxın məsafədən yemək verməsinə icazə verib.

Görüntülərdə heyvanın həvəslə yemək yediyi görülür. Amma meymun bir anda balaca qızın alnından ağır zərbə vuraraq onu yerə yıxır.

Balaca qız zərbədən ağır xəsarət almasa da, psixoloji sarsıntı keçirib.

Sosial mediada yayılan həmin görüntüləri təqdim edirik. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Meymun ana və qızı zooparka gəlməsinə peşman etdi