İngilislər qalibi müəyyənləşdirmək üçün totem etdilər, məyus oldular - VİDEO - FOTO

11 İyul 2018 20:10

Bu gün Dünya Çempionatı çərçivəsində Xorvatiya millisi İngiltərə yığmasına qarşı oynayacaq.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, ingilislər axşamkı oyunu səbirsizliklə gözləyirlər.

Belə ki, İTV kanalında oyunla bağlı maraqlı sujet yayımlanıb. Sujetdə pişiyin qarşısına iki qabda yemək qoyulub. Qabların birinin üstündə İngiltərə, digərində isə Xorvatiyanın bayrağı olub.

Pişik əvvəlcə üzəridə İngiltərənin bayrağı olan qabda yemək yeyib, sonra digərinə keçib.

Bu matçın 1-1 bitəcəyi, qalibin penallaşma mərhələsində məlum olacağı kimi şərh edilib.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İngilislər qalibi müəyyənləşdirmək üçün totem etdilər, məyus oldular