"Milan" klubunun yeni sahibi ABŞ korporasiyasıdır

11 İyul 2018 14:00

ABŞ-ın tanınmış səhmdar korporasiyası Elliot Management "Milan" klubunun yeni sahibi olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun əvvəlki sahibi, çinli biznesmen Li Yonhon borca görə klubdan əl çəkməli olub. O, korporasiyadan kredit şəklində aldığı 32 milyon avronu vaxtında ödəyə bilməyib. Ümumilikdə isə bu şirkət 2017 - ci ildə "Milan"ın keçmiş sahibinə 303 milyon kredit verib. Klubun yeni sahibi Elliot Managment 50 milyon avro xərcləməklə "Milan"ın maliyyə çətinliklərini stabilləşdirmək niyyətindədir. Qeyd edək ki, maliyyə qaydalarını pozduğuna görə, "Milan" klubu UEFA tərəfindən Avrora kuboku oyunlarından uzaqlaşdırılmışdı

Milli.Az