Emilin qızının ad günündən fotolar

11 İyul 2018 21:40

Müğənni Emil Bədəlovun qızı Zeynəbin 1 yaşı tamam olur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı qızının şad gününü şəhər restoranlarından birində qeyd edib.

Məclisə dəvət olunan şou-biznes nümayəndələri doğum günündən fotoları sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Emil xalq artisti Firuz Əliyevin qızı Xanımla ailəlidir. Cütlüyün 5 yaşında Səadət adlı qız övladı da var.

Milli.Az