Cavid İmamverdiyev transferə çıxarıldı

11 İyul 2018 13:02

Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyev transferə çıxarılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Sumqayıt təmsilçisinin heyətində davam etdirmək istəmədiyi üçün bu cür addım atılıb. "İmamverdiyev "Sumqayıt"da qalmaqdan imtina etdiyinə görə transferə çıxarılıb. Onun xidmətində həm yerli, həm də xarici klublar maraqlıdır. Rəhbərlik klubla 1 illik müqaviləsi olan futbolçuya gələn təklifləri dəyərləndirir" deyə mətbuat katibi Rəşad Məmmədov bildirib. 

Cavid İmamverdiyev "Sumqayıt"a ötən yay "Neftçi"dən keçib. O, İdman Araşdırmalar Mərkəzinin Azərbaycan Premyer Liqasında çıxış edən futbolçular arasında apardığı sorğuya əsasən, 2017/2018 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Milli.Az