“Öz tariximizi yazdıq” - Sautqeyt

11 İyul 2018 11:45

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt dünya çempionatının yarımfinalında Xorvatiyaya qarşı keçirəcəkləri matçdan danışıb.

Milli.Az qafqazinfo-ya istinadən  xəbər verir ki, mütəxəssis indiyə qədərki nəticələrdən xoşbəxt olduğunu bildirib:

"Bu turnirdəki nəticələrə görə xoşbəxtik. Ən gənc komandalardan biriyik və irəli gedəcəyimizi göstərdik. Burada çox çətinliklər aşdıq və öz tariximizi yazdıq. 10 ildir ki, bizim belə uğurlarımızı olmayıb. Fiziki və psixoloji baxımdan hazırıq. Məşqlərdə çox ciddi şəkildə hazırlaşmışıq".

Milli.Az